00:00 22-12-2020
news_image
87
FUTBOL

“Barselona”nın futbolçusuna göz dikib – “Xetafe”

İspaniyanın “Barselona” klubunun futbolçusu Karles Alenya karyerasını digər La Liqa klubunda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Xetafe”nin transfer siyahısında yer alıb.

Sonuncular Alenyanı icarəyə götürmək istəyir. Klub rəhbərliyi bu keçidi qış transfer dövründə gerçəkləşdirmək arzusundadır.

Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə ümumilikdə 5 matç keçirib.