09:20 22-12-2020
news_image
126
FUTBOL

İki məşqçi ən yaxşı seçildi – La Liqada

İspaniya La Liqasında 2019/20 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

Apasport.az-ın “Marca” nəşrinə istinadən məlumatına görə, bu mükafata iki mütəxəssis layiq görülüb.

Çünki səsvermə zamanı “Real”ın baş məşqçisi Zinəddin Zidan və “Sevilya”nın çalışdırıcısı Xulen Lopeteqi eyni sayda – 67 xal toplayıblar. Hər iki məşqçi karyerasında ilk dəfə Migel Munyoz mükafatını alıb. Zidan “Real”ı ötən mövsüm İspaniya çempionu edibsə, Lopeteqili “Sevilya” 4-cü yeri tutub.

Qeyd edək ki, “Real”ın hücumçusu Kərim Benzema ötən mövsümün ən yaxşı futbolçusu seçilib, 25 qolla bombardir olan “Barselona”nın kapitanı Lionel Messi karyerasında 7-ci dəfə Piçiçi kubokuna yiyələnib.