
15:02
İngiltərənin “Arsenal” klubunun futbolçularının maaşları azaldıla bilər.
Apasport.az saytının məlumatına görə, uğursuz mövsüm keçirən London təmsilçisi Premyer Liqanı tərk etsə, futbolçuların qazancı ciddi şəkildə azalacaq.
Klub rəhbərliyi belə halın yaşanacağı halda oyunçuların maaşlarını 25 faiz kəsəcək. Hazırda “topçular”ı enmə zolağından cəmi 4 xal ayırır.
14 matçda 14 xal toplayan “Arsenal” 15-ci pillədə qərarlaşıb. Növbəti turda komanda “Çelsi” ilə paytaxt derbisinə çıxacaq.