11:30 02-08-2008
news_image
402
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları sabah Türkiyədə dünya çempionatına qatılacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Türkiyənin Qazinatep şəhərində 20 yaşadək şahmatçılar arasında növbəti dünya çempionatı start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda üç Azərbaycan şahmatçısı mübarizə aparacaq. Birinciliyə milli komandanın tərkibində Avropa çempionatının bürünc medalını qazanan Rauf Məmmədov, yeniyetmələr arasında Avropa və dünya çempionu Eltac Səfərli, eləcə də Vasif Durarbəyli qatılacaq. Avqustun 15-də başa çatacaq dünya çempionatının mükafatçıları 13 turun yekununa əsasən müəyyənləşəcək.