11:15 22-12-2020
news_image
148
FUTBOL

Autsayderin arzusu – “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markos Roxo qış transfer dövründə komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı argentinalı müdafiəçi Premyer Liqanın autsayderi “Şeffild Yunayted”ə keçməyə yaxındır.

Çempionatın autsayderi müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirmək arzusundadır. Mançester təmsilçisində heyətə düşməkdə çətinlik çəkən Roxo Premyer Liqa karyerasını davam etdirməkdə israrlıdır.

Qeyd edək ki, müqaviləsi 2021-ci ilin yayında başa çatacaq Roxo ilə digər İngiltərə təmsilçisi “Nyukasl” da maraqlanır.