12:04 22-12-2020
news_image
145
FUTBOL

Ya müflis olacaq, ya sahibi dəyişəcək – “Sampdoriya”

İtaliyanın “Sampdoriya” klubunun sahibi dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Genuya təmsilçisinin hazırkı sahibi Massimo Ferrero klubun müflis olması barədə sənədlər hazırlamağa başlayıb.

Eyni zamanda “Sampdoriya”nı xilas etmək niyyətində olan investor tapılıb. Adı açıqlanmayan sahibkar 110 milyon avro xərcləməyə hazırdır.

Qeyd edək ki, Ferreronun özü digər İtaliya klubu “Palermo”nu almaq fikrindədir.