12:07 22-12-2020
news_image
243
DİGƏR NÖVLƏR

AMADA-dan 4627 test – 4 ildə

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) geridə qalan 4 il ərzində 4627 dopinq testi götürülüb.

Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu müddət ərzində 80 antidopinq qayda pozuntuları qeydə alınıb.

Hüseynlinin sözlərinə görə, AMADA-nın iki əməkdaşı Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.