12:38 22-12-2020
news_image
279
DİGƏR NÖVLƏR

Yeni qaydaların təsdiq edildiyini açıqladı - AMADA

Yeni antidopinq qaydaları təsdiq edilib.

Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu qaydalar dekabrın 21-də təsdiq edilib.

Həmçinin yeni test qrupu da yaradılıb. Bu qrupun idmançının məkan məlumatını təqdim etmək öhdəliyi var.

Digər yenilik isə məlumatların açıqlanması ilə bağlıdır. Antidopinq qayda pozuntusu müəyyən edildikdən sonra açıqlamaq mümkün olacaq.

Bundan başqa, idmançılar karyeralarını bitirmələrinə dair AMADA-nı məlumatlandırmalıdır.

Eyni zamanda federasiyalar idmançıların siyahısını, yarış və təlim-məşq toplanışlarının vaxtı ilə bağlı AMADA-nı məlumatlandırmasa, sanksiya ilə üzləşə bilər.