13:38 22-12-2020
news_image
176
FUTBOL

Abdullah Zubiri ən yaxşı seçdi – 2 yerli futbolçunu fərqləndirdi

“İlin ən yaxşı futbolçusu qismində Abdullah Zubiri fərqləndirərdim”.

Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Qəbələ” klubunun futbolçusu Asif Məmmədov deyib.

“Qarabağ”ın fransalı vingerini il ərzində ölkəmizdə çıxış edən ən yaxşı futbolçu hesab edən 34 yaşlı orta sahə oyunçusu onun Premyer Liqada digərlərindən fərqləndiyini bildirib: “Zubir, xüsusən də, çempionat oyunlarında çox seçilir. Amma eyni sözləri Avropa Liqasındakı matçlar üçün deyə bilməyəcəyəm. Ən yaxşını müəyyənləşdirərkən “Qarabağ”ın oyunçuları üstünlük təşkil edir. Mən də seçimimi Zubirin xeyrinə edirəm”.

Məmmədov həmçinin iki yerli futbolçunu da fərqləndirib: “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli və “Zirə”nin hücumçusu Ağabala Ramazanov da uğurlu il keçirdilər. Onlar oyunları ilə yüksəlişdə olduqlarını göstərdilər”.