13:55 22-12-2020
news_image
81
FUTBOL

Ölkəsinin ən yaxşısı seçildi – 7-ci dəfə

Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu ada Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba layiq görülüb.

28 yaşlı oyunçu hamıdan çox səs toplayaraq 7-ci dəfə ölkəsinin ən yaxşısı seçilib. O, 2011-2016-cı illər aralığında 6 dəfə mükafata sahib çıxıb. Ulduz futbolçu səsvermə zamanı Marsel Sabitzer (“Leypsiq”) və Dominik Soboslayı (“Zalsburq”) qabaqlayıb.

Qeyd edək ki, sorğuda Avstriya Bundesliqasındakı klubların baş məşqçiləri və idman direktorları iştirak edib.