
00:56
İtaliyanın “Milan” klubunun transfer siyahısına daha bir futbolçu əlavə olunub.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Fransa “Tuluza”sında çıxış edən Yanis Antisteni transfer etmək niyyətindədir.
18 yaşlı hücumçu böyük perspektiv vəd etdiyindən milanlılar da onu heyətində görmək istəyir. Hücum xəttini gücləndirməyi prioritet sayan milanlılar “Real”ln forvardı Luka Yoviçin də xidmətində maraqlıdır.