12:32 02-08-2008
news_image
406
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: “Qətərli rəqibim vaxt azlığı ilə üzləşməsəydi, çətin ki, qələbə qazanardım”

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində keçirilən Qran-Pri turnirinin ikinci mərhələsində çıxış edən Teymur Rəcəbov debüt matçında ciddi müqavimətlə üzləşdiyini bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı beynəlxalq qrossmeysterimiz qətərli rəqibi Məhəmməd Əl Modiaki üzərində çətin qələbə qazandığını söyləyib: “Müasir şahmatda “autsayder” təyini yoxdur. Çünki hazırda hər bir şahmatçı kompüter arxasında 20 saat vaxt keçirir. Qətərli rəqibim vaxt azlığı ilə üzləşməsəydi, çətin ki, qələbə qazanardım”.