16:47 22-12-2020
news_image
96
FUTBOL

Yerli baş məşqçiyə tapşırıldı – milli komanda

İslandiya milisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Arnar Tor Vidarsson təyin olunub.

Belçikanın “Brügge” və “Lokeren” klublarının məşqçilərin korpusunda yer almış 42 yaşlı mütəxəssis yığmanın “sükanı arxası”na keçib. O, İslandiyanın gənclərdən ibarət yığmasının baş məşqçisi kimi də çalışıb.

Qeyd edək ki, islandiyalılar ötən ay Erik Hamrenlə yollarını ayırıb.