17:18 22-12-2020
news_image
217
FUTBOL

PSJ və “Mançester Siti”yə rəqib – Messi uğrunda

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun Fransa və İngiltərədən sonra İtaliyaya köçmək variantı yaranıb.

Çünki PSJ və “Mançester Siti”nin ardından “İnter” də 33 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaq fikrinə düşüb. Leo özü “Barselona” rəhbərliyini karyerasını davam etdirəcəyi və başqa kluba keçmək variantının olduğu barədə məlumatlandırıb. O, məhz adıçəkilən 3 klubdan biri arasında seçim aparacaq.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddətin mövsümün sonuna qədərdir.