17:49 22-12-2020
news_image
187
FUTBOL

Prezidentə rədd cavabı – “Latsio”nun baş məşqçisindən

İtaliyanın “Latsio” klubu baş məşqçisi Simone İnzagi ilə bağlı problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı çalışdırıcı mövsümün sonunda A seriyası təmsilçisindən ayrıla bilər.

Çünki Roma klubunun onunla yeni müqavilə imzalamaq cəhdi uğursuz alınıb. Klub prezidenti Klaudio Lotito baş məşqçi ilə görüşərək ilk təklifini edib. Lakin çalışdırıcı buna razılıq verməyib. Danışıqların detalları barədə məlumat verilməsə də, rəhbərliyin növbəti dəfə onunla masa arxasında əyləşəcəyi deyilir.

Qeyd edək ki, Simone İnzaginin “Latsio” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.