18:09 22-12-2020
news_image
268
DİGƏR NÖVLƏR

Proqramında dəyişiklik edildi – Avropa Oyunlarının

Avropa Olimpiya Komitəsi Polşada təşkil olunacaq III Avropa Oyunlarının proqramında dəyişiklik edib. 

Apasport.az saytının məlumatına görə, 2023-cü ilin yayında Krakov şəhərində baş tutacaq yarışa daha iki idman növünün daxil olunduğu açıqlanıb. 

Müasir beşnövçülüyün ardınca taekvondo və avarçəkmənin slalom növü üzrə yarışlar da III Avropa Oyunlarının proqramında yer alacaq. Yekun proqramın isə ilin sonunadək təsdiqlənəcəyi gözlənilir. 

Daha öncə kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, tramplindən tullanma, idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma üzrə yarışların olacağı bildirilib.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda, II Avropa Oyunları Minskdə təşkil olunub. Krakovda olacaq turnirin 2023-cü il iyunun 9-24-də keçirilməsi planlaşdırılır.