22:01 22-12-2020
news_image
126
FUTBOL

“Napoli”nin texniki məğlubiyyəti ləğv edildi – “Yuventus”la oyun keçiriləcək

İtaliya A seriyasının IV turunda “Yuventus”la oyuna yollanmadığı üçün texniki məğlubiyyət alan “Napoli”nin şikayəti təmin olunub.

Apasport.az saytının məlumatına görə, koronavirusa yoluxma səbəbindən səfərə gedə bilməyən Neapol təmsilçisinə verilən 0:3 hesablı texniki məğlubiyyət ləğv edilib.

Apelyasiya şikayətini qazanan Cennaro Qattuzonun kollektivinin turinlilərlə matçı baş tutacaq. İtaliya İdman Arbitraj Məhkəməsi federasiyanın qərarını ləğv edib. Bu komandalar arasında qarşılaşmanın yeni tarixi barədə yaxın müddətdə məlumat veriləcək.

Qeyd edək ki, “Yuventus” – “Napoli” oyunu oktyabrın 4-də Turində keçirilməli olsa da, qonaq komandada koronavirusa kütləvi yoluxma halı aşkarlandığından, yerli səhiyyə orqanları bu səfərə icazə verməmişdi.