22:42 22-12-2020
news_image
93
FUTBOL

Buffon cəzalandırıla bilər – söyüşə görə

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon cəzalandırıla bilər.

Apasport.az saytının məlumatına görə, veteran qolkiper söyüş işlətməkdə günahlandırılır.

Canluicinin A seriyasının XII turunda “Parma” ilə (4:0) oyun zamanı təhqiramiz ifadələr işlətdiyi ehtimal edilir. Hadisə görüntülərə düşməsə də, Buffonun sözlərinin səsyazması var. Qarşılaşmanın hakimi protokola bu barədə məlumat yazmayıb. Ancaq İtaliya Futbol Federasiyası hadisə ilə bağlı istintaq başladıb. 42 yaşlı qolkiperin günahı sübuta yetirilərsə, sanksiyaya məruz qalacaq.

Qeyd edək ki, Canluici Buffon cari mövsüm A seriyasında 4 oyuna çıxıb.