23:44 22-12-2020
news_image
100
FUTBOL

“İnter” futbolçusunun Milanda qalmasına razıdır - əzəli rəqibə keçmək şərtilə

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Kristian Eriksen Milanda qala bilər.

Apasport.az saytının məlumatına görə, klubunu dəyişmək şərti ilə bunun baş vermə ehtimalı var.

Çünki Danimarka millisinin üzvü şəhərin digər təmsilçisi və “neradzurra”nın əzəli rəqibi “Milan”ın maraq dairəsinə düşüb. “Rossonyerlər” qış “transfer pəncərəsi”ndə 28 yaşlı pleymeykeri heyətinə cəlb etməyi planlaşdırır. Həmçinin “İnter” də onun “Milan”a keçidinin əleyhinə deyil. Klub rəhbərliyi Erikseni ən sərfəli maliyyə şərtləri irəli sürən tərəfə satacağını bəyan edib.

Qeyd edək ki, Kristian Eriksen “İnter”ə bu ilin əvvəlində İngiltərə təmsilçisi “Tottenhem”dən keçib və klubla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.