00:00 23-12-2020
news_image
140
FUTBOL

Messi qayıtmayacaq – Barselonaya

“Barselona” İspaniya La Liqasının XV turu çərçivəsində bu gecə “Valyadolid”in qonağı olacaq.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun kapitanı Lionel Messi qarşılaşmadan sonra komanda yoldaşları ilə Barselonaya qayıtmayacaq.

33 yaşlı ulduz futbolçunun şəxsi təyyarəsi artıq hazırdır və onun matçdan dərhal sonra vətəni Argentinaya uçması gözlənilir. Yeni ili ölkəsində qarşılamaq istəyən Leonun dekabrın 29-da “Eybar”la keçiriləcək növbəti tur oyununda iştirakı sual altındadır.

Qeyd edək ki, “Barselona” hazırda 21 xalla La Liqada 6-cı pillədə qərarlaşır.