00:40 23-12-2020
news_image
146
FUTBOL

“Real Sosyedad”dan ardıcıl 3-cü məğlubiyyət – La Liqada vahid lider

İspaniya La Liqasında XV tura start verilib.

Apasport.az saytının məlumatına görə, elə də uğurlu mövsüm keçirməyən “Valensiya” “Sevilya”nı qəbul edib.

Ötən turda “Barselona”dan xal almasına baxmayaraq, son 5 matçda qələbə qazana bilməyən “yarasalar”ın uğursuz seriyası davam edib. Əndəlüslər son dəqiqələrdə vurduğu yeganə topla səfərdən 3 xalla dönüb.

Mərkəzi oyun San-Sebastyanda baş tutub. Eyni xalla turnir cədvəlində liderliyi bölüşən “Real Sosyedad”la “Atletiko” üz-üzə gəlib. Son vaxtlar uğursuz nəticələrlə diqqət çəkən “Real Sosyedad” ardıcıl 3-cü məğlubiyyətini alıb. İkinci hissədə vurduğu qollarla qələbə qazanan Dieqo Simeonenin yetirmələri ehtiyatında hələ oyun olmasına baxmayaraq, vahid liderliyi ələ keçirib.

Turun digər oyunları dekabrın 23-də keçiriləcək.

İspaniya La Liqası
XV tur
22 dekabr
“Elçe” – “Osasuna” – 2:2

Fidel, 46, Karrilyo, 78 – Qarsiya, 10, Brasanaç, 64
“Valensiya” – “Sevilya” – 0:1
Suso, 81
“Ueska” – “Levante” – 1:1
Ontiveros, 31 (pen.) – Melero, 53
“Real Sosyedad” – “Atletiko” – 0:2
Ermoso, 49, Lyorente, 74

1

 Atletiko

13

10

2

1

26-5

32

2

 Real

14

9

2

3

25-14

29

3

 Real Sosyedad

16

7

5

4

25-12

26

4

 Vilyarreal

14

6

7

1

19-13

25

5

 Sevilya

13

7

2

4

15-10

23

6

 Barselona

13

6

3

4

25-14

21

7

 Qranada

13

6

3

4

17-20

21

8

 Selta

14

5

4

5

19-20

19

9

 Kadiz

14

5

3

6

11-19

18

10

 Atletik

14

5

2

7

17-17

17

11

 Xetafe

13

4

4

5

11-14

16

12

 Betis

14

5

1

8

15-26

16

13

 Valensiya

15

3

6

6

21-22

15

14

 Levante

14

3

6

5

16-18

15

15

 Eybar

14

3

6

5

10-13

15

16

 Elçe

13

3

6

4

12-16

15

17

 Alaves

14

3

5

6

11-16

14

18

 Valyadolid

14

3

5

6

15-21

14

19

 Ueska

15

1

9

5

13-23

12

20

 Osasuna

14

3

3

8

13-23

12