00:52 23-12-2020
news_image
159
FUTBOL

İstəyini rəhbərliyə açıqladı - baş məşqçi ilə dalaşan futbolçu

İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Alexandro Qomes komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, A seriyasının son iki turunda iştirak ərizəsinə salınmayan argentinalı oyunçu bu istəyini rəhbərliyə çatdırıb.

32 yaşlı futbolçunun hazırda 4 təklifi var. Lakin Qomes PSJ və “Roma” deyil, “İnter” və ya “Milan” variantına üstünlük verir. O, Milan şəhərinin iki komandasından birinə keçmək niyyətindədir.

Qeyd edək ki, Alexandro Qomes baş məşqçisi Canpyero Qasperini ilə mübahisə etdiyi üçün oyunlarda iştirak etmir.