10:04 23-12-2020
news_image
91
FUTBOL

10 ildən sonra darmadağın – “Yuventus” A seriyasında

İtaliyanın “Yuventus” klubu A seriyasında təxminən 10 ildən sonra böyük hesabla uduzub.

Apasport.az saytının məlumatına görə, XIV turun ev oyununda “Fiorentina”dan üç cavabsız qol buraxan turinlilər çempionatda sonuncu belə məğlubiyyətini 2011-ci ilin yanvarın 9-da alıb.

9 il 11 ay öncə “Yuventus”u “Napoli” üç cavabsız qolla məğlub edib. “Ağ-qaralar”ın çempionatdakı son ev darmadağını isə “Parma” ilə görüşdə qeydə alınıb. “Qıca sinyora” Neapol uğursuzluğundan üç gün əvvəl 1:4 hesabına üzülüb.

Bütün turnirləri nəzərə alsaq, “Yuventus” sonuncu dəfə 2019-cu il yanvarın 30-da böyük hesabla uduzub. İtaliya kubokunda “Atalanta” turinlilərin qapısından üç top keçirib.

Son ev məğlubiyyəti isə “Real”dan alınıb. 2018-ci il aprelin 3-də Çempionlar Liqasının qarşılaşmasında madridlilər də 3 qolla qalib gəlib.