
00:56
PSJ-nin futbolçusu Killian Mbappe Fransada ilin idmançısı titulunu qazanmaq imkanını qaçırıb.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı ulduz səsvermədə yalnız ikinci olub.
Mbappe ən yaxşı idmançı adını Marten Furkada uduzub. Məşhur biatlonçu futbolçunu arxada qoymağı bacarıb. Furkad səslərin 22 faizini toplayıb. Killian cəmi 1 faiz geridə qalıb.
İlk “üçlüy”ü velosipedçi Jülian Alafilip qapayıb. O, səslərin 18 faizini qazanıb.