11:19 23-12-2020
news_image
244
FUTBOL

Qış çempionu kim olacaq? – 27 günlük fasilə ərəfəsində

Sabah Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, dekabrın 13-14-də keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan turun matçları eyni gündə baş tutacaq.

Bu görüşlər 2020-ci ilin son qarşılaşmaları olacaq. Bu oyunlar komandaların qış fasiləsinə hansı mövqedə yollanmasına aydınlıq gətirəcək. 

Günün üç matçı eyni vaxtda başlayacaq. Paytaxtdan kənardakı yeganə oyun Sumqayıtda təşkil olunacaq. Şəhərin eyniadlı komandası “Sabah”ı qonaq edəcək. 5 turdur qələbəyə həsrət qalan Ayxan Abbasovun yetirmələri ilk “dördlük”dəki yerini təhlükəyə atmamaq üçün xal qazanmalıdır. Paytaxt təmsilçisi isə qış fasiləsinə sonuncu yollanmamaq üçün mütləq qalib gəlməlidir.

Turnir cədvəlinin ikinci yarısında qərarlaşan iki komanda “ASCO Arena”da üz-üzə gələcək. Son sıradan uzaqlaşmağa çalışan “Qəbələ” “Səbail”in qonağı olacaq. Ardıcıl 6 matçdır meydanı qolsuz tərk etməyən Elmar Baxşıyevin yetirmələri paytaxtdan xalla dönməyə köklənib. Paytaxt klubu isə mövqeyini qorumaq iddiasındadır.

Turun mərkəzi oyunu “Azersun Arena”da keçiriləcək. Liderin iki ən yaxın izləyicisi “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qış çempionu olmaq şansını qoruyan rəqiblərin duelində qalib gələn tərəf ən azı bir neçə saatlıq zirvəni ələ keçirəcək. Tarixində “Qarabağ”a qalib gəlməyən paytaxt təmsilçisi sindromu qırmaq əzmindədir. Rəşad Sadıqovun yetirmələri heç-heçə ilə də bir neçə saatlıq liderliyi ələ keçirəcək. Qurban Qurbanovun yetirmələri də rəqibi kimi son iki turda heç-heçə oynadığından bu dəfə xal itkisindən qaçmaq əzmindədir.

Həm tura, həm 2020-ci ilə paytaxt derbisi ilə yekun vurulacaq. Bakının Premyer Liqadakı iki ən köklü klubu “Neftçi” və “Keşlə” “Bakcell Arena”da qarşılaşacaq. “Ağ-qaralar” qış çempionu olmaq üçün mübarizə aparacaq.  Son iki görüşdə qol buraxmayan Samir Abasovun yetirmələri uğursuzluq zolağında olan rəqibini itkisiz keçməlidir. Yunis Hüseynovun komandası isə üç turluq qələbəsizliyə son qoymaq niyyətindədir

Qeyd edək ki, bu oyunlardan sonra Premyer Liqada 27 günlük fasilə başlayacaq. Növbəti – XIV turun matçları yanvarın 21-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XIII tur
24 dekabr (cümə axşamı)

16:00. “Səbail” – “Qəbələ”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”

16:00. “Sumqayıt” –“ Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”

16:00.  “Qarabağ” – “Zirə”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”

18:00. “Neftçi” – “Keşlə”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”

1

Neftçi

12

6

3

3

13-13

21

2

Qarabağ

11

5

5

1

28-8

20

3

Zirə

12

5

5

2

14-11

20

4

Sumqayıt

12

4

4

4

15-18

16

5

Səbail

11

3

4

4

13-13

13

6

Keşlə

12

3

4

5

12-18

13

7

Qəbələ

12

2

6

4

10-19

12

8

Sabah

12

3

1

8

11-16

10

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") – 8, Filip Ozobiç ("Qarabağ") – 7, Əli Qurbani ("Sumqayıt"), Mahir Emreli ("Qarabağ") – 6.