11:30 23-12-2020
news_image
97
FUTBOL

İcraiyyə Komitəsinin iclası olacaq – AFFA-nın

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Apasport.az saytının məlumatına görə, dekabrın 24-dəki toplantı videokonfrans formatında təşkil olunacaq.

İclas saat 11:00-da başlayacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması

3. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

4. Digər məsələlər