12:22 23-12-2020
news_image
151
FUTBOL

Daha bir əcnəbi baş məşqçi ilə müqaviləni uzadacaq - AFFA

AFFA İcraiyyə Komitəsinin sabah keçiriləcək videokonfransında aşağı yaş qrupu üzrə 3 yığmanın baş məşqçisinin müqavilə müddətinin uzadılması müzakirə olunacaq.

Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Qurum rəsmisi bildirib ki, U-17, U-19 və U-21 yığmalarının baş məşqçilərinin yeni saziş imzalaması komitənin iclasında təsdiqini tapmalıdır: “U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç, onun həmyerlisi - U-17-nin çalışdırıcısı Miloş Velebit, həmçinin onların U-19-dakı həmkarı Samir Əliyevin yeni müqaviləsi AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq. Obradoviçdə noyabrın sonunda anlaşma bitib. Onun müqaviləsində belə bir bənd var ki, tərəflərdən hər hansı birinin etirazı yoxdursa, sözləşmə uzadılacaq. Əgər İcraiyyə Komitəsi təsdiq edərsə, həm onun, həm də Əliyevlə Velebitin müqaviləsi uzadılacaq”.

Firuz Abdulla onu da əlavə edib ki, adıçəkilən çalışdırıcıların qalması qərara alınarsa, iclasda onların müqavilə müddəti də dəqiqləşəcək.