
15:44
Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek karyerasını bərpa edir.
Apasport.az saytının məlumatına görə, 68 yaşlı mütəxəssis “Nant”dan aldığı təklifi qəbul edəcək.
Liqa1-də yeddi oyundur qələbəyə həsrət qalan klub rəhbərliyi təcrübəli baş məşqçi ilə durumu düzəltmək arzusundadır. Hazırda 15-ci olan “Nant” 2006-10-cu illərdə yığmanı çalışdıran Domeneki xilaskar kimi görür.
Mütəxəssis Liqa1-də 27 il əvvəl işləyib. O, həmin vaxt “Lion”un baş məşqçisi olub.