13:02 23-12-2020
news_image
103
FUTBOL

Martinesdən imtina etdilər – Mbappeyə görə

İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martineslə maraqlanan komandalardan biri geri çəkilib.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi “Real” 22 yaşlı forvardın transferindən vaz keçib.

Buna səbəb “kral klubu”nun bütün diqqətini Fransa yığmasının və PSJ-nin qolçusu Kilian Mbappeyə yönəltməsidir. Rəhbərliyin mövsümün sonunda prioritet hədəfi məhz Mbappe olacaq. Eyni vaxtda iki ulduz futbolçunun transferinin çətinliyini dərk edən madridlilər Mbappeni Martinesdən üstün tutublar.

Qeyd edək ki, Lautaro Martinesin 2021-ci ilin yayında “Barselona”ya keçidi gündəmdədir.