14:37 23-12-2020
news_image
84
FUTBOL

Türkiyə millisinin müdafiəçisinə maraq – “Mançester Yunayted”dən

İngiltərənin “Mançester Yunayted” klubu müdafiə xəttini gücləndirmək fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin bu mövqe üçün prioritet hədəfi məlumdur.

“Qırmızı şeytanlar” Almaniyanın “Şalke” klubunun gənc oyunçusu Ozan Kabaka “elçi düşüb”. Gelzenkirxen təmsilçisi mövsümün əvvəlində 20 yaşlı futbolçu üçün 44 milyon avro tələb etmişdi. Lakin yaranmış maliyyə problemi ucbatından Bundesliqa təmsilçisi indi Türkiyə millisinin üzvünü 27 milyon avroya satmağa razıdır.

Ozan Kabak eyni zamanda İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” klubunun diqqət mərkəzindədir.