14:51 23-12-2020
news_image
177
FUTBOL

Əvəzolunmaz “beşlik” – Premyer Liqada

Sabah XIII turu keçiriləcək Azərbaycan Premyer Liqasının arxada qalan hissəsinin əvəzolunmazları bəlli olub.

Apasport.az saytının məlumatına görə, baş tutan 12 turda yalnız 5 oyunçu komandasının bütün matçlarında meydanda mübarizə aparıb.

Onlardan dördü 12 görüşdə 1080 dəqiqə oynayanlardır. Bunlar Azər Salahlı (“Keşlə”), Tellur Mütəllimov (“Sumqayıt”), Davit Volkov (“Zirə”) və yeganə əvəzolunmaz qapıçı Aqil Məmmədovdur (“Neftçi”). 

Bir oyunçu isə 11 matç keçirən komandanın üzvüdür. Bu, “Qarabağ”ın müdafiəçisi Kevin Medinadır. Komandasının bir matçı təxirə salındığından onun aktivində 12 deyil, 11 görüş var.