16:06 23-12-2020
news_image
99
FUTBOL

“Yuventus” hücumçu gətirir – “Seltik”dən

İtaliyanın “Yuventus” klubu yeni hücumçu almağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi hücum xəttində ehtiyat qüvvənin olmasını zəruri sayır.

A seriyası klubu Odson Eduarın transferində maraqlıdır. Şotlandiya “Seltik”inin forvardı İtaliya təmsilçisinin ön xəttində həm rəqabəti artırmalı, həm də ehtiyatdan meydana daxil olan futbolçu funksiyasını yerinə yetirməlidir.

“Yuventus” Eduarın xidmətində maraqlı olan ilk İtaliya nəhəngi deyil. “Milan” da hücumçunu sıralarına qatmaq fikrindədir.