16:18 23-12-2020
news_image
100
FUTBOL

5 milyonluq futbolçu ilə 5 illik müqavilə - Premyer Liqa klubu

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Argentinanın “İndepandente” klubunun futbolçusu Moyses Kaydedonu transfer etmək fikrindədir.

Mançesterlilər 19 yaşlı oyunçunun agenti ilə danışıqlara start verib. Onunla 5 illik müqavilənin imzalanacağı gözlənilir. Bu transfer 5 milyon avroya başa gələcək.

Qeyd edək ki, Ekvador yığmasında 4 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.