17:08 23-12-2020
news_image
144
FUTBOL

Koronavirusa yoluxdu - Ayxan Abbasov

Premyer Liqanın daha bir baş məşqçisində koronavirusun əlamətləri aşkarlanıb.

Apasport.az "sportinfo"ya istinadən məlumat verir ki, “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov hazırda xəstə yatır.

O, ev şəraitində müalicəyə başlayıb. Gənc mütəxəssis dekabrın 24-də “Sabah”la keçiriləcək Premyer Liqanınn 13-cü tur matçında texniki zonadakı yerini almayacaq.

Onu köməkçisi Elnur Çodarov əvəzləyəcək.

Buna kimi “Neftçi”dən Samir Abasov, “Qrabağ”dan Qurban Qurbanov, “Səbail”dən Aftandil Hacıyev və “Keşlə”dən Yunis Hüseynov koronavirusa mübtəla olub.

Onlardan Hüseynov hazırda xəstəxanadadırsa, Hacıyev evdə müalicəsini davam etdirir.