17:14 23-12-2020
news_image
128
FUTBOL

Daha bir təklif – Erlinq Halanda

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın komandasında qalmaq şansı get-gedə azalır.

Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü ilə maraqlanan klubların sırasına daha biri qoşulub.

Bu dəfə İngiltərə təmsilçisi “Mançester Siti” 20 yaşlı forvardı heyətinə qatmaq fikrinə düşüb. “Şəhərlilər” onun uğrunda “Real”, “Barselona”, PSJ, “Yuventus” başda olmaqla, Avropanın bir çox nəhəng klubu ilə mübarizə aparmalı olacaq.

Qeyd edək ki, Erlinq Haland cari mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 10 qol vurub.