22:18 23-12-2020
news_image
115
FUTBOL

Üç stadionda – dünya çempionatı

Klublararası dünya çempionatının oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin fevralında Qətərdə keçiriləcək mundialın matçlarına üç arena ev sahibliyi edəcək.

Fevralın 1-dəki açılış görüşü yenidənqurma işlərindən sonrakı açılışı 5 gün öncə gerçəkləşən “Əhməd bin Əli” stadionda təşkil olunacaq. Final qarşılaşması isə “Edukeyşn Siti” stadionunda baş tutmalıdır.  “Xalifa” stadionu da çempionatı qəbul edəcək arenalar sırasındadır. Hər üç idman qurğusu DÇ-2022-nin də oyunlarını qəbul edəcək.

Qeyd edək ki, mundial fevralın 1-11-də keçiriləcək. Yarışda “Oklend Siti” (Yeni Zelandiya), “Əl-Əhli”(Misir), “Əl-Duhail” (Qətər), “Bavariya” (Almaniya), “Ulsan” (Cənubi Koreya) və “Tiqres”in (Meksika) oynayacağı dəqiqləşib. Sonuncu vəsiqə Libertadores kubokunun qalibinə nəsib olacaq.