23:28 23-12-2020
news_image
90
FUTBOL

Erikseni transferə çıxardı – “İnter”

İtaliyanın “İnter” klubu Kristian Erikseni transferə çıxarıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun baş direktoru Beppe Maraotta açıqlayıb.

O bildirib ki, futbolçu qış transfer dövründə Milan təmsilçisini tərk edəcək: “Mən təsdiq edə bilərəm ki, Eriksen transferə çıxarılıb. O, yanvarda komandanı tərk edəcək. Kristian bizim planlara daxil deyil. Onun “İnter”də çətinlikləri yaranıb. Eriksenin gedişi düzgün qərardır”.

Qeyd edək ki, futbolçu “İnter”ə 2020-ci ilin yanvarında “Tottenhem”dən keçib.