00:02 24-12-2020
news_image
146
FUTBOL

“Yuventus”un oyununun təxmini vaxtı bilindi – mayda

İtaliya A seriyasının “Yuventus” – “Napoli” matçının təxmini vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, IV turun oyununun 2021-ci ilin mayında təşkil olunması gözlənilir.

Neapolluların koronavirus səbəbindən getmədiyi üçün onlara verilən texniki məğlubiyyətlə bağlı qərar ləğv edilib. Amma təqvimin sıx olması qarşılaşmanın yaxın müddətdə təşkilinə imkan vermir. Bu səbəbdən də oyunun yalnız mayda baş tutması nəzərdə tutulur.