00:06 24-12-2020
news_image
89
FUTBOL

Əməliyyat olundu – millimizin futbolçusu

Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub. 

Apasport.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, müdafiəçi qasıq nahiyəsindəki ikitərəfli yırtıqdan cərrahi müdaxiləyə məruz qalıb.

Almaniyanın Münhen şəhərindəki “Arabella” klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçu özünü yaxşı hiss edir.
Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.