00:55 24-12-2020
news_image
132
FUTBOL

“Böyük beşlik”də tarixin ikincisi - “Milan”

“Milan” İtaliya A seriyasında ardıcıl 15-ci oyunda 2 və ya daha çox qol vurub.

Apasport.az saytının məlumatına görə, XIV turun hazırda davam edən “Latsio” ilə matçında 2:1 hesabı ilə öndə olan “rossonyeri”nin seriyası ötən mövsümün son görüşündə başlayıb.

Bu, bir təqvim ili üçün “Böyük beşlik” liqalarında ikinci göstəricidir. Yalnız “Barselona” daha uzun analoji seriyaya malik olub.

İspaniya nəhəngi 1948-ci ildə rekord vurub. Həmin vaxt barselonalılar ardıcıl 18 matçda 2 və ya daha çox qola imza atıb.