09:25 24-12-2020
news_image
83
FUTBOL

200 oyuna çatan ikinci alman – “Real”da

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Toni Kroos rekorda bir addım da yaxınlaşıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi “kral klubu”nun heyətində 200-cü matçını keçirib.

Bu, La Liqanın XV turunda “Qranada” ilə matça təsadüf edib. Qarşılaşmanı əvəz edilmədən keçirən 30 yaşlı orta sahə oyunçusu madridlilərin heyətində 200 oyun səddinə çatan ikinci almaniyalı olub. Bu baxımdan rekord Uli Ştilikeyə məxsusdur. Onun aktivində 212 oyun olduğundan, Kroos rekordu ələ keçirmək üçün “Real”ın heyətində daha 13 matçda iştirak etməlidir.

Qeyd edək ki, “Qranada” üzərində 2:0 hesablı qələbə qazanan “Real” hazırda 32 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.