09:33 24-12-2020
news_image
91
FUTBOL

Baş məşqçi istefası – “Qarabağ”ın qrupundan çıxan komandada

Bu mövsüm Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan İsrailin “Makkabi” klubunda baş məşqçi istefası reallaşıb.

Apasport.az xəbər verir ki, bu barədə Təl-Əviv təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Donislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Onunla yanaşı, köməkçiləri də yola salınıb. Bu ayrılıq yerli azarkeşlər tərəfindən sürprizlə qarşılanıb. Çünki “Makkabi” Avropa Liqasında qrupu ikinci pillədə tamamlayaraq 1/16 final mərhələsinə vəsiqə qazanıb. Görünür, ölkə çempionatındakı uğursuz çıxış Donisin gedişini şərtləndirib.

Qeyd edək ki, “Qarabağ”a Təl-Əvivdə 1:0 hesablı qalib gələn “Makkabi” İstanbuldakı səfər görüşündən 1:1 hesablı bərabərliklə ayrılıb.