09:51 24-12-2020
news_image
83
FUTBOL

Yarımfinal cütləri müəyyənləşdi – Liqa kubokunda

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, finala vəsiqə uğrunda mübarizə aparacaq dörd komanda iki cüt təşkil edib.

“Mançester Yunayted” öz meydanında “Mançester Siti” ilə qarşılaşacaq. “Tottenhem” isə “Brentford”u qəbul edəcək.

Qeyd edək ki, yarımfinal oyunları 2021-ci il yanvarın ilk həftəsində keçiriləcək.