
15:09
“Sabah” klubunda koronavirusa yoluxan futbolçu qalmayıb.
Bu barədə apasport.az saytına Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
O bildirib ki, Azərbaycan Premyer Liqasının XIII turunda “Sumqayıt”la bu gün keçiriləcək oyunöncəsi verilən testlərin cavabları açıqlanıb. Bütün kollektivdə, o cümlədən bu xəstəlikdən əziyyət çəkən malili hücumçu Ulisse Dialloda testin nəticəsi neqativ çıxıb.
Qeyd edək ki, bu gün “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu saat 16:00-da başlayacaq.