
22:04
İspaniyanın “Real Soayedad” klubu baş məşqçisi İmanol Alquasillə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb klub rəhbərliyinin mütəxəssisin işindən razı olmasıdır.
Çalışdırıcının yeni müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Anlaşmanın maliyyə tərəfləri açıqlanmır.
Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlində 3-cü olan “Real Sosyedad”ın aktivində 26 xal var.