
10:17
İngiltərənin “Liverpul” klubu zədəli futbolçuların çoxluğundan əziyyət çəkdiyi müdafiə xəttinə yeni oyunçu qatacaq.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Esekyel Qarayla müqavilə imzalayacaq.
İspaniya “Valensiya”sı və Rusiya “Zenit”ində də oynamış müdafiəçi ilə anlaşma yaxın günlərdə rəsmiləşəcək. 34 yaşlı futbolçu Liverpulun eyniadlı təmsilçisinə azad agent kimi keçəcək.