13:52 24-12-2020
news_image
177
FUTBOL

Çempionlar Liqasının ən reytinqli klubları – “Qarabağ” ilk “100-lük”də

UEFA bütün dövrlərin ən yaxşı klubunun adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, reytinq komandaların Çempionlar Liqasındakı (Çempionlar Kuboku) iştirakına görə müəyyənləşib.

1955-2020-ci illəri əhatə edən siyahıya İspaniya klubu “Real” başçılıq edir. Növbəti iki yerdə Almaniya “Bavariya”sı və İspaniyanın digər nəhəng komandası “Barselona” qərarlaşıb.

Ümumilikdə 526 klubun olduğu siyahıda Azərbaycanın 7 təmsilçisi özünə yer edib. Onlardan 3-ü artıq fəaliyyət göstərmir. “Qarabağ” hamını qabaqlayır. Ağdam təmsilçisi ilk “100-lüy”ə düşməyi bacarıb. 

Azərbaycan klublarının reytinqdəki mövqeyi
78. “Qarabağ” – 46 xal
171. “Neftçi” - 15
271. “Bakı” – 6
297. “Keşlə” – 5
398. “Şəmkir” – 2
399. “Kəpəz” – 2
426. “Xəzər Lənkəran” - 1

İlk “10-luq”
1. “Real” (İspaniya) – 607
2. “Bavariya” (Almaniya) – 495
3. “Barselona” (İspaniya) – 459
4. “Mançester Yunayted” (İngiltərə) – 380
5. “Yuventus” (İtaliya) – 361
6. “Milan” (İtaliya) – 314
7. “Liverpul” (İngiltərə) – 298
8. “Benfika” (Portuqaliya) – 287
9. “Porto” (Portuqaliya) – 286
10. “Ayaks” (Niderland) - 271