14:25 24-12-2020
news_image
90
FUTBOL

Ronaldo “Yuventus”u tərk etdi – karantinə alınacaq

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo İtaliyanı tərk edib.

Apasport.az saytının məlumatına görə, futbolçu Milad bayramını qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Turin klubunun rəhbərliyi 35 yaşlı qolçunun Dubaya yollanmasına icazə verib. Onun dekabrın 28-də İtaliyaya dönməsi gözlənilir. Lakin portuqaliyalı qayıtdıqdan sonra karantinə alınacaq.

Qeyd edək ki, Kriştianu Ronaldo 12 qolla A seriyasında bombardirlər yarışına başçılıq edir.