14:37 24-12-2020
news_image
131
FUTBOL

Tuxeli istefaya göndərdi - PSJ

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxeli istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu iddia ilə “L’Equipe” nəşri çıxış edib.

Bildirilib ki, parislilər almaniyalı mütəxəssisin mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib. Rəhbərlik Liqa1-in XVII turunda “Strasbur”la dünənki görüşdən (4:0) sonra Tuxelə bu barədə məlumat verib.

Qeyd edək ki, 2018-ci ildən PSJ-yə rəhbərlik edən Tomas Tuxel komandanı 2 dəfə ölkə çempionu edib.