15:12 24-12-2020
news_image
87
FUTBOL

Mövsümdə 3-cü baş məşqçi – Türkiyə klubunda

Türkiyənin “Ərzurum BB” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Məsut Bakkalla anlaşıb.

Mövsümə Mehmet Özdiləklə başlayan ərzurumlular bu ayın əvvəlində onu əvəz edən Hüseyin Çimşirə heç bir ay tab gətirməyib. Ardıcıl məğlubiyyətlərə görə onu istefaya göndərən rəhbərlik bu gün Bakkalla mövsümün sonuna qədər rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, “Ərzurum BB” 14 turdan sonra 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.